Musiqili Teatrda həftəsonu göstəriləcək TAMAŞALAR

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

 

Teatrının mətbuat xidmətindən Ailem.az-a bildirilib ki, 22, 23, 24 dekabr tarixlərində saat 19.00-da “Silva” (İ. Kalman), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova və başqalarının ifalarını izləyə biləcəklər.

 

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 22 dekabr saat 19.00-da İmre Kalmanın “Silva” iki hissəli operettası rus dilində nümayiş olunacaq.

 

Həftəsonunu xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018