Qıymanı soyuducuda belə saxlayın – DOĞRU ÜSUL

Əksəriyyətimiz ət alarkən onu çəkir və soyuducuya qoyuruq. Amma bəzən qıyma saxlanarkən yanlışa yol veririk və bu xətalar qıymanın bakteriya istehsal etməsinə səbəb olur. Ailem.az sizə qıyma saxlama üsulunu təqdim edir.

 

Adətən soyuducuda saxlanan qıyma, açıldığı zaman mütləq istifadə edilməlidir. Çünki açılan qıyma təkrar soyuducuya qoyulduğunda bakteriya istehsal etməyə başlayır. Buna görə qıyma nə qədər istifadə olunacaqsa, o qədər açılmalıdır. Bunu təmin etmək üçün aşağıdakı qaydalara riayət etməyiniz məsləhətdir.

 

Qıymanı bərabər parçalara bölün. Bu parçaları sellofanların içinə yığın. Sellofanın içində qıymanı nazik bir təbəqə halına gələcək şəkildə əlinizlə basın. Qıymalar nə qədər nazik olsa, açılmaları o qədər asan olacaq. Hazırladığınız qıyma sellofanlarını soyuducunun buzluğunda saxlayın. Həmçinin diqqət edin ki, ət təzə olsun. Bununla qıymanın bakteriya istehsalını əngəlləmiş olacaqsınız.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018