Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ

İtburnu sağlamlıq baxımından ən faydalı bitkilərdən biridir. Xüsusilə qışda immuniteti gücləndirmək və xəstəliklərdən qorunmaq məqsədi ilə çox istifadə edilir. Ailem.az sizə itburnunun faydalarından bəhs edir.

 

C vitamini ilə zəngindir

 

İtburnu zəngin C vitamini tərkibi ilə bilinir. C vitamini sayəsində immunitet sistemi gücləndirici təsiri olması bir çox sağlamlıq problemini də əngəlləyir.

 

Şişkinliyi aradan qaldırır

 

İtburnunun eyni zamanda sidikqovucu təsiri də var. Bu sayədə bədəndə yığılan şişliyin atılmasını təmin edərək, şişkinliyə əngəl olur.

 

Xronikiləşmiş öskürək

 

İtburnu çay olaraq dəmlənib içilərsə, xüsusən, uşaqlarda yaranan xronikiləşmiş öskürəyi sağaldır. İtburnunun öskürəyə faydalı təsiri aparılan araşdırmalar zamanı da sübut olunub.

 

Xərçənglə mübarizə aparır

 

İtburnunun tərkibində bol miqdarda antioksidant və C vitamini var. Bu iki xüsusiyyəti sayəsində xərçəngdən qoruyur. Ancaq xərçəngdən qoruyucu təsir göstərməsi üçün itburnu çayının mütəmadi olaraq içilməsi vacibdir. Alternativ tibb mütəxəssisləri tərəfindən məsləhət görülən miqdar həftədə 3 stəkandır.

 

Bədənin qan ehtiyacını ödəyir

 

Bədənimizə oksigen daşıyan qan hüceyrələrinin artmasını təmin edərək, dəmir ehtiyacının qarşılanmasına böyük ölçüdə kömək olur və qansızlıq problemini aradan qaldırır.

 

Mədə xəstəlikləri

 

İtburnunun tərkibində olan maddələr mədə spazmları da daxil olmaqla mədə pozulmaları və bağırsaq xəstəliklərinə qarşı qoruyucu olaraq adlandırıla bilər. Hətta bunlara əlavə olaraq mədə aşınması kimi problemlərin də qarşısını alır.

 

İtburnu çayının hazırlanması:

 

1 xörək qaşığı qurudulmuş itburnu

 

Yarım litr su

 

Əvvəlcə suyu qaynadın. Daha sonra içərisinə itburnu əlavə edin. 1-2 dəqiqə qaynadıqdan sonra içərisinə limon qabığı atın.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018