Heyva çəyirdəklərini atmayın: Dəriyə faydalı MASKA

Heyva, çəyirdəyindən yarpağına qədər hər qismindən fayda götürülən bir meyvədir. Olduqca sağlıqlı olan bu meyvənin maskası da dərimiz üçün inanılmaz yaxşı təsir göstərir. Ailem.az sizə heyva çəyirdəyi maskasının hazırlanma qaydasını təqdim edir.

 

Ərzaqlar:

 

6 – 7 qram heyva çəyirdəyi

 

1 stəkan yarım su 

 

Hazırlanması:

 

Heyva çəyirdəklərini su ilə birlikdə 15 dəqiqə qaynadın. Daha sonra soyudun. Bu zaman heyva çəyirdəkləri jele halını alacaq.

 

Hazırladığınız jeleni üzünüzə yavaş hərəkətlərlə sürtün və 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Dərini yumşaldaraq nəm səviyyəsini artıran heyva çəyirdəyi maskası dodaqlara sürtüldüyündə nəmləndirici təsir yaradaraq quruluğu və çatlamanın qarşısını alır.

 

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018