Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI

Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Ailem.az qara çayın saçlara faydalarını sadalayır.

 

Saçı gücləndirir


Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazını azaltmağa kömək edir. Saçların yıpranmasının və qoparaq tökülməsinin qarşısını alır.

 

Saçı parıldadır


Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.

 

Saç dərisini yaxşılaşdırır

 

Kəpək probleminiz varsa, çay tərkibindəki anti-inflamatuar sayəsində kəpəyi önləməklə qalmaz, saç diblərində yaranan qızartı və iltihabın sağalmasına kömək edər.

 

Saçınıza çay maskası vurun

 

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.

 

 

 

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017