Musiqili Teatrın bu həftə üçün REPERTUARI

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən Ailem.az-a verilən məlumata görə, tamaşaçılar 8, 9, 10 dekabr tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Andersen), “Baladadaşın toy hamamı” (Elçin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarını izləyə bilərlər.

 

Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko, Möylə Mirzəliyev, və başqalarının ifalarını izləyə biləcəklər.

 

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 dekabr tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli komediyası böyüklər üçün, 9 dekabr tarixində saat 12.00-da H.K. Andersennin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-u saat 12.00-da isə C. Məmmədovun tərcüməsində E. Sabitoğlu, Y. Şvartsın “Qırmızıpapaq” musiqili nağıl-tamaşası Azərbaycan dilində balacalara təqdim olunacaq.

 

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

 

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017