Bu heyvanlar çox romantikdir – İNANILMAZ FAKTLAR

Təbiətin bir parçası olan heyvanlar və quşlar öz hərəkətləri ilə bəzən bizi çox təəccübləndirirlər. Ailem.az sizi ən romantik heyvanlarla tanış edir.

 

Yapon kirpi balığı

 

Yapon kirpi balığı öz dişisini cəlb etmək üçün qum üzərində simmetrik fiqurlar çəkir.

 

Kameriya quşu

Erkək kameriya quşu dişisini cəlb etmək üçün qabıqsız meyvə və yarpaqlar kimi parlaq nəsnələri yuvasına toplayır.

 

Dəniz atları

Bir erkək dəniz atı hamilə qalmazdan qabaq, dişi ilə birlikdə üz-üzə üzməyə başlayır. Rəng dəyişdirərək, quyruqlarını birləşdirən dəniz atları bu sayədə bir birlərinə sevgi rəqsi edirlər.

 

Albatroslar

Bu dəniz quşları 50 ildən uzun müddət yaşaya bildikləri üçün həyatları boyu çiftləşirlər. Albatros quşlarının bəzi növlərinin cinsi yetişkəmliyi 10 il sürür.

 

Primat

Primatlar, insanlar kimi üz-üzə sevişə bilən canlı növlərindən biridir. Onlar da insanlar kimi bir-birlərinin gözlərinin içinə baxaraq, sarılır və öpüşürlər. 

 

Dəniz samurları

Yemək yemə, dincəlmə və yuxu zamanlarında su samurları həmişə birlikdədirlər. Yuxu zamanı isə beli üstündə, əl-ələ tutaraq birlikdə yatırlar.

 

Kərtənkələlər

Erkək kərtənkələlər, dişisi isti qucağında rahat yatsın deyə divardan tərsinə tutunurlar.

 

Eşq quşları

 

Eşq quşları sadəcə iki aylıq olduqlarında özlərinə partnyor seçərlər və həyatlarını yan-yana oturaraq və bir-birlərinə sarılaraq keçirirlər.

 

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017