Plastik pəncərənin bu boltunu çevirin - YAY və QIŞ rejimləri var imiş - VİDEO

Sən demə plastik pəncərələrdə və qapılarda yay və qış rejimləri var. Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər. Bəs qış rejiminə necə kəçilməlidir?

 

Ailem.az xezerxeber.az-a istinadən bildirir ki, əksər vətəndaşlar plastik qapı və pəncərələrin iki rejimdə olduğundan xəbərsizdir. Əslində isə plastik qapı və pəncərələrdə qış rejiminə keçməklə evinizi soyuqdan qoruya bilərsiniz. Bu sizi həm də maddiyyat tərəfdən də irəli sala bilər.

 

Ustaların sözlərinə görə, bu funksiyanın tətbiqi soyuq havalarda evin istiliyini 50% artıra bilər.

 

Usta Hüseyn Tağızadəyə görə, eyni prosesi plastik qapılarda da etmək mümkündür.

Usta onu da əlavə etdi ki, plastik pəncərə alarkən diqqətli olmaq lazımdır. Çünki əksər belə pəncərələrin rezinləri əllə taxılma olur. Bu isə öz növbəsində pəncərələrin daha tez sıradan çıxmasına və evin soyuq olmasına gətirib çıxarır.

 

Odur ki, siz də bu sadə üsulu həyata keçirməklə evinizin istiliyini artıra bilərsiniz.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017