1 dəqiqədə 23 min insan öz sevgisini etiraf edir – MARAQLI STATİSTİKA

Elə düşünməyin ki, 1 dəqiqə insan ömrü üçün kiçik bir zaman kəsiyidir. Əgər bir dəqiqə ərzində dünyada baş verənlər haqqında xəbər tutsanız, önəmli saymadığınız 1 dəqiqənin qədrini biləcəksiniz.

 

Ailem.az modern.az-a istinadən dünyada 1 dəqiqə ərzində baş verənlər haqqında təxmini statistikanı təqdim edir.

 

Çox da böyük vaxt saymadığımız 1 dəqiqə ərzində 258 uşaq dünyaya gəlir. Təəssüfləndirici haldır ki, bu 258 uşaqdan 113-ü səfalət içində yaşayan ailələrdə doğulur, onlardan 15-də isə elə anadangəlmə qüsurlu olur.

 

1 dəqiqədə dünyada 107 insan dünyasını dəyişir. Bu 107 nəfərdən ikisinin ölümünə avtoqəzalar səbəb olur.

 

Cəmisi 60 saniyədən ibarət olan 1 dəqiqə ərzində 10 milyon ədəd siqaret çəkilir ki, elə bu ərəfədə də siqaret 7 nəfərin həyatına son qoyur.

 

1 dəqiqəlik zaman kəsiyi 116 nəfərin həyatını dəyişməyə kifayət edir. Belə ki, bu kiçik müddət ərzində dünyada 116 cütlük ailə qurur.

 

1 dəqiqə ərzində 144 nəfər yeni mənzilə sahib olur.

 

Acınacaqlı faktlardan biri odur ki, 1 dəqiqədə 34 nəfərdə xərçəng xəstəliyinin diaqnozu təsdiqlənir.

 

Bu müddət ərzində vaxtlarını xoş keçirənlər də az deyil. Bir dəqiqədə 83 min nəfər sekslə məşğul olur.

 

1 dəqiqədə 360 dəfə şimşək çaxır. Buna baxmayaraq bu müddətdə 58 təyyarə havaya qalxır.

 

Hər bir dəqiqə ərzində dünyada 5 dəfə zəlzələ baş verir.

 

Dünyanın bütün əhalisi tərəfindən 1 dəqiqə ərzində 3 milyon kiloqrama yaxın zibil tullanır.

 

1 dəqiqədə 23 min insan öz sevgisini etiraf edir, dünyanın ümumi əhalisinin 10 faizi isə bu müddət ərzində cavabsız qalan sevgilərindən əziyyət çəkir.

 

1 dəqiqə ərzində dünya əhalisinin 1 faizi sərxoş vəziyyətdə olur.

 

İş axtaranların sayı 1 dəqiqədə 210 milyon nəfərə çatır.

 

1 dəqiqədə dünyada 840 fincan çay içilir.

 

Bu müddət ərzində 2 milyon insan televizor qarşısında əyləşir.

 

İnternet qarşısında əyləşənlər 1 dəqiqə ərzində elektron poçtla 204 milyon məktub göndərir, "facebook"a 243 min yeni şəkil qoyulur. "You Tube" istifadəçiləri isə 72 saatlıq videomateriallar yükləyirlər.

 

Bu təxmini statistikanı nəzərə alaraq arzu edək ki, hər bir insanın ömrünə 1 dəqiqədə baş verənlərin yalnız xoş anları düşsün.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017