İradə İbrahimova: "Müsəlman qadınları ömür boyu qapaz altında olur"

"Gündəmdə olan müğənni olmaq istəmirəm. Mən zövqüm üçün oxuyuram. Mənə ya arada-sırada görünən, ya da radio müğənnisi deyə bilərsiniz".

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova “ATV maqazin onlarla” verilişində deyib. 

 

Sənətçi Türkiyədə yeni ev aldığını söyləyib: "Yeni evə köçürəm. Oğlum Əlinin otağı yoxdur. Evimizdəki hər otaqdan dənizə mənzərə var. Bunu indi dərk etmişəm. Mənə deyirlər ki, oğlunu qızından çox istəyirsən. Amma belə deyil... İpəyə hər zaman daha çox diqqət yetirirəm. Qız uşağı həyatda hər şeydən yarımçıq olur. Müsəlman qadınları ömür boyu qapaz altında olur, həmişə sıxma-boğmada yaşayır. İpək mənim üçün hər zaman birinci olacaq".

 

İradə anasının onunla bacıları arasında qoyduğu ayrı seçkilikdən də şikayətlənib: "Anam bizim aramızda hər zaman ayrı seçkilik edib: böyük, ortancıl, kiçik. Bunun fərqindəyəm, bəzi şeyləri görmüşəm. Bu da mənim içimdə toplanıb. Özümə qapanmağım, sakit olmağım uşaqlıqdan gələn bir durumdur. Bu ayrıseçkiliyi hiss etmişəm. Ona görə qətiyyən uşaqlarım arasında ayrıseçkilik etməyəcəm. Nigar  zəif doğulub, evdə hər şey onun üçün edilirdi. Hər şeyin yaxşısı ona verilirdi. İndi bunları söyləyəndə mənə kinli deyirlər".

 

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017