Saçlarını satıb ailəsinə ev aldı - FOTOLAR

Braziliyada yaşayan "Braziliyalı Rapunzel" ləqəbli Nataşa Moraeş de Andrade doğulduğundan bəri kəsilməyən saçları ilə ailəsini ev sahibi edib.

 

Ailem.az metbuat.az-a istinadən bildirir ki, saçlarını yumağa həftədə 4 saat sərf edən 12 yaşlı Nataşa saçlarının 1.6 metr uzunluğundakı hissəsini 5 min dollar müqabilində kəsdirərək, əldə olunan pulla ailəsinin ev almasına kömək göstərib. 
 

Saçlarını kəsdirən zaman ağladığını deyən qız indi onları yumaq üçün cəmi 10 dəqiqə vaxt itirdiyini dilə gətirib.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018