Yayda balıq alarkən bunlara diqqət edin - VİDEO

Yayda ən tez xarab olan məhsullardan biri də balıqdır. Buna görə də yayda çoxları balıq almır. Çünki balıq ətindən zəhərlənmələr baş verə bilər. Lakin balıq həvəskarları üçün fəslin fərqi yoxdur, onlar yayda da balıqdan istifadə etməyi sevirlər. 

Yayda balıq alarkən nələrə diqqət yetirmək lazımdır ki, orqanizmə zərəri olmasın?

 

Ailem.az xezerxeber.az-a istinadən xəbər verir ki, soyuq fəsillərdəki kimi olmasa da, yayda da balıq almaq istəyənlər var.

Yayda bazarlarda balıq satışı çox az olur. Lakin xüsusi balıq bazarlarında, çox diqqətlə saxlanılan balıqları tapmaq mümkündür. Balıq mütəxəssisləri deyir ki, istənilən yerdən balıq alarkən diqqətli olmaq lazımdır.

Açıq havada satılan balıqları qətiyyən almaq olmaz. Satış yerləri daimi olaraq baytar həkimlərin nəzarətində olmalıdır. Balıqlar yalnız buzun içərisində, sərin şəraitdə saxlanılmalıdır.

Amma balıq çox dondurulmuş vəziyyətdə saxlanıldıqda da keyfiyyətini itirir. Uzaq məsafədən gətirilən balıqları alarkən də diqqətli olmaq lazımdır.
Mütəxəssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görür.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017