Zoomağazadan ancaq it və pişik yeməkləri oğurladılar

Qazaxıstanın Pavlador şəhərində naməlum maskalılar zoomaqazinə hücum ediblər və malların bir hissəsini oğurlayıblar.

 

Oğrular iki torba (hərəsi 15 kiloqram olmaqla) it yeməyi, eyni zamanda bir neçə kiçik qutu heyvan yeməyi oğurlayıblar. Mağazanın içərisində quraşdırılmış videokamera üzü bağlı oğruların mağazaya necə girməsini, içəriyə ikinci mərtəbədən hoppanmalarını qeydiyyata alıb. Oğrular hadisə yerində yarım saat olublar. “Biz heyvanları zoomağazada saxlamırıq, çünki bu məkan bir qayda olaraq heyvan yeməkləri üçündür” bunu da mağaza sahibi deyib. Ümumi oğurlanan malların qiyməti 200 dollara yaxın olub. İşi araşdıran polislər isə hesab edir ki, bu işi görənlər klassik oğrular yox, imkansız heyvan sahibləri olub. Çünki onlar ancaq it və pişik yeməkləri oğurlayıblar. Ehtimal olunur ki, oğrular çoxlu sayda it və pişik saxlayırlar.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018