Varlı iş adamı bu FOTOLARla məşhurlaşdı - O KİMDİR?

Gianluca Vacchi adlı italiyalı iş adamı instagramda böyük şöhrət qazanıb. Bir coxlarımızın atası yaşında olan bu şəxs artıq digər instagram fenomeni Dan Bilzerianı da geridə qoyub. Bəs Gianluca Vacchi kimdir? Ailem.az yeni instagram fenomeni haqqında qısa məlumatı nəzərinizə çatdırır.  

 

O, 1968-ci ildə İtaliyanın Boloniya şəhərində anadan olub. İtaliyada sənaye maşınları istehsal edən bir şirkətə sahibdir. Sənaye maşınları dedikdə bura çay paketləmə və qəhvə istehsal edən avadanlıqlar da daxildir. İtaliya, Hindistan və Hollandiya kimi ölkələrdə fabrikləri var. Əsas gəlirini də məhz bu fabriklər sayəsində qazanır..

 

 

Onun bədənindəki saysız döymə sizə bir az qəribə görünə bilər. Amma özü həmin döymələrlə əlaqədar bunları deyib: "Bəzi insanların daxili, bəzilərinin xarici kirli olur. Mən xaricimin kirli olmasını seçdim!" 

 

İnstagramda 9.5 milyon izləyicisi olan Gianluca başqa bir varlı fenomen olan Dan Bilzerian ile müqayisə olunur.  Amma Dan Bilzeriandan fərqli olaraq Gianluca evlidir.

 

32 yaşlı ruminiyalı Giorgia Gabriele ilə evli olan Gianlucanın 14 yaşında bir qızı var.

 

 

Hollivud məşhurları ilə yaxın münasibəti olan Gianlucanın Zac Efron ilə birlikdə olarkən etdiyi paylaşımı da xeyli rezonansa səbəb olmuşdu.

 

Onun qəribə bir hobbisi də var - DJ-lik etmək.

 

 

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017