Adətən qadından yaşını soruşmaq ədəbsizlik sayılır. Lakin bu qadınların yaşlarını özlərindən soruşmasanız, heç cür təxmin edə bilməzsiniz. Ailem.az yaşlarına görə çox cavan görünən qadınların gözəllik sirlərini sizinlə bölüşür.
Christie Brinkley - 63 yaş
Amerikada yaşayan Christie həm model, aktrisa, həm də bir fotoqrafdır.
Gənclik sirri: Hər səhər isti suya limon, bal və qırmızı bibər qarışdırıb içir. O, ət və hazır qidalar yemir.
Candy Lo - 42 yaş
Honq Konqlu bu gözəl qadının bədəninə baxdıqda üç oğlunun olmasına inanmaq mümkün deyil.
Gənclik sirri: Fiziki formasını sağlam qidalanma ilə qoruduğunu söyləyən Candy günün 40 dəqiqəsini mütləq idman salonunda keçirir.
Ernestine Shepherd - 81
Amerikalı Ernestine məşqçidir. Onun 81 yaşı olduğuna heç kim inanmır.
Gənclik sirri: Həftədə 130 kilometr qaçmaqdır və əlavə olaraq heç bir şey etmir. O, qaynamış yumurtanın ağı, toyuq və göyərtidən başqa heç nə yemir.
Liu Yelin - 50 yaş
Çində yaşayan bu gözəl qadının bədənində bircə qırış da yoxdur.
Gənclik sirri: Qış fəsli olsa belə, mütləq göldə üzür. Liunun ən böyük xəyalı isə 80 yaşına qədər gənc qalıb, vaxtaşırı dənizdə üzə bilməkdir. O, qəti şəkildə makiyajdan istifadə etmir.
Risa Hirako - 46 yaş
Yaponiyalı model və müğənni olan Risa şəkillərində belə düzəliş etməyə ehtiyac görmür.
Gənclik sirri: Sadəcə təbii tərkibli makyaj vasitələrindən istifadə edən Risa özünü sağlam qidalanmaq üçün elə də sıxmır. Belə ki, ürəyi şirin bir şey istəyəndə bal yeyir.
Wendy İda - 64 yaş
Wendy 40 yaşından sonra idmana başlayıb və bununla da həyatını dəyişdirib.
Gənclik sirri: Protein istifadə etmək, pəhrizə sadiq qalmaq və hər gün qaçış alətində qaçmaqdır.
Zaklina - 47 yaş
Həm stili, həm də fiziki görünüşü ilə 25 yaşlı qadınlara belə, meydan oxuyan Zaklinanın 2 nəvəsi var. Hətta instagramda ən seksual nənə seçilib.
Gənclik sirri: Gəncliyi və gözəlliyi haqqında heç bir sirr verməyən Zaklinanın ən böyük məqsədi qadınlara ilham ola bilməkdir.