Hər səhər yuxudan xoşbəxt oyanmağın 7 YOLU

Çoxumuz səhər tezdən oyananda qarşıda bizi ağır bir iş gününün gözlədiyini düşünərək, bir az həvəssiz oluruq. Amma bu haldan yaxa qurtarmağın da öz sirləri var. Buyurun, Ailem.az hər səhər yuxudan xoşbəxt oyanmağın 7 yolunu göstərir. 

 

1. Gülümsəyərək oyanın

Bu gün fürsətlər və yaxşılıqla dolu bir gün olacaq. Qəlbinizi bu yeni günlə gələn fürsətlərə gülümsəyərək açın.

 

2. İnsanlara sevgi ilə yaxınlaşın

İnsanlara güzgüdən özünüzə baxdığınız kimi baxın. Hər insanın özünə aid problemləri və istəkləri var. Özünüzü sevdiyiniz kimi, insanları da sevin, onları olduğu kimi qəbul edin.

 

3. Bu günün möhtəşəm bir gün olacağına inanın

Xoşbəxt olmaq, həyatdan zövq almaq üçün doğulduğunuzu unutmayın. Yaxşı bir gün olacağına inanın, kainat sizə yaxşı şeylər təqdim edəcək.

 

4. Bu gün üçün yaşayın

Sabah nə olacağını çox düşünməyin. Bu gün üçün yaşayın.

 

5. Hiss etdiklərinizi söyləməkdən çəkinməyin

Doğru olanı edin, birlikdə olduğunuz insanı sevin. Hiss etdiklərinizi söyləməkdən çəkinməyin. Əsl insanlar hiss etməkdən qorxmaz, onlar dünyanı dəyişdirməyə qabildirlər. Bu gün hər şey sizin üçün var. Unutmayın ki, bu günün hər dəqiqəsi, hər saniyəsi sizə xoşbəxt olmağınız üçün fürsətlər verəcək.

 

6. Gününüzü təşəkkür edərək tamamlayın

Gün boyu yaşadığınız bütün yaxşı şeylər üçün minnətdar olun.

 

7. Xoşbəxtliyinizi davam etdirin 

Bunun qarşılığını alacağınızı unutmayın və daim bunu yaddaşınızda canlandırın. 

 

LENT

28 İyul 2017
27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017