Ətin kabab “setka”sına yapışmaması üçün SADƏ ÜSUL

Havalar isinən kimi həyətdə, bağda kabab bişirənlərin sayı artır. Bəzən adi kababla yanaşı, manqalda “setka”nın da içində toyuq, qırmızı ət, balıq bişirilir. “Setka”da kabab bişirən zaman adətən ətin yapışmasından və dağılmasından şikayət edirlər. Bəs necə edək ki, ət, yaxud balıq “setka”ya yapışmasın? Ailem.az-ın sizə verəcəyi sadə üsulla bu problemi aradan qaldıracaqsınız.

 

Bunun üçün əvvəlcə “setka”nı manqalda yaxşı qızdırın. Daha sonra bir kartofu ortadan bölün.

Çəngəllə kartofun içini “setka”ya sürtün. Kartofun üzərindəki nişasta ora yapışacaq və ətin yapışmasına mane olacaq.

 

 

LENT

28 İyul 2017
27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017