Pizzadan hazırlanan bikini: yeyə bilərsiniz? - FOTO

Bu bikinilər xüsusilə pizza sevənlərin marağını cəlb edəcək.

 

Bu günlərdə bazara çıxan tüklü çimərlik geyimindən sonra indi də "pizza bikinilər" dəbə düşüb. “Villa İtalyan Mətbəxi” şəbəkəsi 5 iyulda Milli Bikini gününü qeyd edir. O günə xüsusi olaraq, məhdud sayda hazırlanan pizza bikinilər satışa çıxarılacaq.

 

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, "Pizza- Kini" adıyla satışa təqdim ediləcək bikinilər, qida stilisti Jessie Bear tərəfindən hazırlanır. Pizza bikininin ən əhəmiyyətli xüsusiyyəti isə həqiqətən yeməli olmasıdır. Çünki əsl pizzadan hazırlanacaq. Məhdud miqdarda istehsal olunan bu bikinini almaq istəyirsinizsə, böyük məbləğdə pulunuzdan keçməli olacaqsınız. Belə ki, pizza bikininin qiyməti nə az, nə çox - düz 10 min dollardır.

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017