Bu məşhur modelin saçları və dişləri yoxdur - FOTOLAR

Melanie Gaydos. Dünyanın tanınmış modellərindən biri. 28 yaşı var. Ektodermal displaziya adlı nadir genetik xəstəliklə doğulub. Bu xəstəlikdən dolayı Melanienin nə dişləri var, nə də saçları. Uşaq vaxtı rəqslə və aktyorluqla məşğul olub. Ancaq model kimi fəaliyyət göstərəcəyi heç ağlına da gəlməyib.

 

Melanie deyir ki, modelliyə başladıqdan 6 ay sonra insanlar artıq ona hörmət edib. O, moda sənayesində də məhz xarici görünüşü ilə daha çox tanınır. Ona dəfələrlə diş düzəltdirmək və parik taxmaq təklif olunsa da, buna razı olmayıb. Dəb aləmi Melanieni elə bu cür qəbul edib.

 

Melanienin instagramda 122 min izləyicisi var və paylaşdığı hər foto heyranlıqla qarşılanır. Ailem.az Melanie Gaydosun fotolarını təqdim edir.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017