Kənan M.M Pərvinlə sevgilidir? - XANIMI DANIŞDI

“Maşın” şou ərəfəsində rejissor Kənan M.M.-lə aktrisa Pərvin Abıyevanın sevgili olması haqda şayiələr yayıldı. Kənanın həyat yoldaşı, müğənni Aygün Mahmudova "ATV maqazin onlarla” verilişində yayılan şayiələrə cavab verib.

 

Ailem.az-ın məlumatına görə, müğənni bu xəbərləri onları sevməyənlərin yaydığını, ərinə ləkə yaxmağa çalışdıqlarını bildirib: “Aktrisanı rejissor filmə çəkir. Rejissor öz aktrisasına pis gözlə baxarsa, Allah ona elə pis gözlə baxar. Bu sözləri şişirtmək ayıbdır. Şişirdənlər günah qazanırlar. Ramazan ayında bu günahları hara yığırlar bilmirəm. Tamamilə yanlış düşüncələrdir. Hər zaman ortada əxlaqsızcasına hərəkət edən kişilərimiz olub. Amma ağır təbiətli bir insana bunu yönləndirmək olmaz. Kənan barəsində nələr danışırlar... Pərvinlə o qədər gözəl münasibətim var ki... Bir-birimizin evinə gedib-gəlirik. Ailəsini, anasını tanıyıram. Belə bir sözü Pərvin üçün çıxarmalarına pis oluram. Bunun olması mümkün deyil. Sosial şəbəkələrdə uşaq-muşaqlar belə söz yaradırlar. Yazırlar ki, “Bəlkə, Aygünün xəbəri yoxdur?”. Əzizlərim, Aygün şou-biznesin içindədir. Kənan mənim hər zaman yanımdadır. Pərvin onun sənət dostudur. Kənan ona pis gözlə baxmaz”.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017
12 Oktyabr 2017
11 Oktyabr 2017