Beyons növbəti dəfə ana oldu

Müğənni Beyons və reper Cey Zi ikinci dəfə valideyn olublar.

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu barədə 36 yaşlı ifaçı özü danışmasa da, dostları onun bir oğlan və qız dünyaya gətirdiyini bildiriblər.

Məlumata əsasən, körpələrin və ananın vəziyyəti yaxşıdır. 
 

Qeyd edək ki, doğuş Los-Ancelesdəki xətəxanalardan birində gerçəkləşib. İddialara görə, Beyons və əri xəstəxananın 4-cü mərtəbəsini bütünlüklə kirayələyiblər. Bunun üçün onlar 1,3 milyon dollarlarından keçməli olublar. Bundan başqa, xəstəxananın mühafizə sistemi gücləndirilib. 
 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib. 

Cütlüyün Blu Ayvi adlı 5 yaşlı bir qızı var.

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017