Qadınların yay həyəcanı: hansı kosmetik prosedurlar vacibdir? - VİDEO

Yay mövsümündə xanımlar xarici görünüşə daha çox diqqət etməyə çalışırlar. Ev şəraitində özünə qulluq etmək öz yerində, amma bəzi prosedurlar var ki, bunun üçün gözəllik məkanlarına üz tutmaq lazım gəlir.

 

APA TV-nin məlumatına görə, peşəkar make-up ustası Aynur Talıblı deyir ki, yay mövsümündə xanımlar əsasən qalıcı effekti olan prosedurlara üstünlük verirlər: “Yay mövsümündə gəlib permanent edirlər. Məsələn, qaşı olmayan xanımlar karandaş çəkirlər. Dənizə gedəndə tərləyən zaman qaşlarını silirlər. Bununla bağlı daha çox may ayında müraciətlər olur”.

 

Permanent dodaq, göz layneri, kirpik laminasiyasına üstünlük verənlər də az deyil. Aynur xanım bildirib ki, prosedurlara tələbat olmasının əsas səbəbi qalıcı olması ilə əlaqədardır: “Permanent qaş əsasən 1 il, kirpik laminasiyası 2-3 ay, permanent dodağın qalıcılıq müddəti 1 ildir. Göz layneri permanenti ən uzunmüddətli qalıcılıq effektinə malikdir - 3-5 il. Çünki göz dibinə günəş şüası az düşür. Yeri gəlmişkən, permanent orqanik boyalarla işlənir. Bu səbəbdən də qaşda tük tökülməsi kimi fəsadların olması mümkün deyil”.

 

O ki, qaldı prosedurdan sonra diqqət olunmalı qaydalara, Aynur Talıblı xanımlara belə məsləhətlər verib: “Bu işin keyfiyyəti 50 faiz bizə aiddirsə, 50 faiz müştəriyə aiddir. Xanımlara deyirik ki, 2-3 gün su vurmaq olmaz, kremlərdən istifadə etmək lazımdır. Bəzən xanımlar gedən kimi duş qəbul edirlər. Olmaz! Çünki məsamələr açıqdır, sularda çoxlu sayda infeksiya var. Və yaxud boya tam yerinə oturmamış şampunlu su ilə çimmək olmaz”.

 

Şəkər xəstələri, allergiyası olanlar, hamilələr, südverən xanımlar və hepatit xəstələrinə sadalanan kosmetik prosedurlar üçün müraciət etmək olmaz: “Permanent prosedurundan sonra qaşa dekorativ kosmetika dəyməməlidir. Makiyaj etmək olar, amma qaşa dəyməmək şərti ilə. Permanent dodağa boya çəkmək olmaz. Makiyajdan öncə nəmləndirici krem, toya gedəcəksə, bir gün əvvəl qidalandırıcı kremlər, maskalar olunsa, yaxşı olar”.

 

Necə deyərlər, həmişə gözəllikdə!

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017