1425 dollarlıq “dilənçi ayaqqabısı” - FOTO

Məşhur dünya markası Maison Martin Margiela yeni ayaqqabı kolleksiyasını təqdim edib. Amma kolleksiyada bir ayaqqabı diqqəti daha çox çəkib. Bu, hər tərəfi cırıq idman ayaqqabısıdır.  

 

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, Maison Martin Margiela ötən əsrin 80-ci illərində yaradılan moda evidir. Təxminən 30 ildir fəaliyyət göstərən bu marka bir çox ölkələrdə butiklərini açıb. Bir çox məşhurların heyran olduğu bu məşhur marka 2017-ci il kolleksiyasını dəbsevərlərin ixtiyarına verib. Bu kolleksiyanın ən maraqlı, qeyri-adi ayaqqabısı isə hər tərəfi cırılmış idman ayaqqabısıdır.

 

“Dilənçi ayaqqabısı” adlandırılan ayaqqabının aşınmış dərisi üzərində cırıqlar və kənarlarından çıxan dəri parçaları var. Ancaq ayaqqabının görünüşü ilə yanaşı qiyməti də hər kəsin marağını çəkib. Belə ki, məşhur marka bu cırıq idman ayaqqabısına nə az, nə çox, düz 1425 dollar qiymət qoyub. Görəsən, o məbləği ödəyib ayaqqabını alan olacaq?

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017