Villa qiymətinə it damları - FOTO

“Colonial Villa Grand”, “Roman Imperial Mansion”, “Spanish Palacio”, “Colonial Villa”... Bunlar dəbdəbəli, lüks villaların stilləri yox, it damlarının adlarıdır.

 

Aile.lent.az milli.az-a istinadən bildirir ki, həmin it damlarının hər birinin minimal qiyməti 215 min dollardır. Yəni normal, hətta lüks villa qiymətinə satılan bu damlar, sadəcə, it üçün nəzərdə tutulub.

Damlar kondisioner, isitmə, daxili və xarici işıqlandırma, televizor, habelə səsli xəbərdarlıq sistemləri ilə təchiz olunub. Londondakı “Hecate Verona” şirkəti bu damları milyonçulara təklif edir.

 

Ekstravaqant it damlarının hazırlanmasında ən keyfiyyətli və bahalı inşaat metariallarından, o cümlədən məşhur Karrar mərmərindən istifadə olunub.

 

Hər damdakı yüzlərlə miniatür detallar tanınmış ustaların əl işləridir.Damlar itin yataq və qonaq otaqlarından ibarətdir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017