Niyə kişilər daz olur, qadınlar yox? - MARAQLI FAKTLAR

Ailem.az maraqlı faktlar silsiləsindən bir neçəsini təqdim edir. Bunları bilirdinizmi?

 

- Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.

 

- Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.

 

- Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.

 

- Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.

 

- Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.

 

- Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat "şpaqat" vəziyyətində otura bilirlər.

 

- Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.

 

- Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017