Mətbəxdəki yemək qoxusundan qurtulun – SADƏ ÜSUL

Evdar xanımların daha çox vaxt keçirdiyi yer mətbəxdir. Mətbəxdə hazırlanan hər yeməyin də qoxusu ətrafa yayılır. Xüsusilə yemək bişirdikdən sonra otağa hopan qoxu bir müddət sonra insanı narahat edir, ürək bulandırır. Bu qoxuları yox etmək üçün fərqli spreylər istifadə edilir. Ancaq bu spreylərin əvəzinə qoxular əleyhinə möhtəşəm bir təklifimiz var.

 

Ailem.az mətbəxdəki qoxuların həlli üçün sadə bir yol təqdim edir. Həm də pulunuza qənaət etmiş olacaqsınız.

 

Evinizin yumşaq və təzə qoxu ilə dolmasını istəyirsinizsə, edəcəyiniz şey çox sadədir. Bir limonu dörd hissəyə bölün və ortasına bir miqdar duz doldurun. Limonu bir qabın içinə qoyun və bir neçə saat gözləyin. Bir müddət sonra mətbəxinizdə möhtəşəm bir qoxu yaranacaq. 

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017