Ayaqlara zərər verən yay ayaqqabıları - FOTO

İsti yay aylarında ayaqqabı seçərkən daha rahat oluruq. Çünki seçim çoxdur. Ancaq geyindiyimiz ayaqqabılar ayaqlarımızda qalıcı fəsadlara yol aça bilər. Odur ki, yayda ayaqqabı seçərkən bəzi detallara diqqət etmək lazımdır. Ailem.az həmin detalları təqdim edir.

 

Düz dabanlı sneakerlər

 

Düz dabanlı ayaqqabılar ayaqlarınız və dizləriniz üçün çox zərərlidir. Xüsusən də hər gün geyinəndə. Bu cür ayaqqabılar alarkən iç dabanlarına diqqət etməlisiniz. Ortopedik olanları seçin.

 

Dabanlı tərliklər

 

Ayaqlarınızı uzun göstərən bu dabanlı tərliklər yerimək üçün uyğun deyil. Həm də daban çatlarına səbəb olur.

 

Espadrillər

 

Olduqca rahat və yüngül olan bu ayaqqabılar ayağınızın rahat nəfəs almasına kömək edir. Ancaq dabanları çox düz olduğu üçün ayaq qövsünü yetərincə dəstəkləmir. Buna görə uzun müddət bu ayaqqabı ilə gəzə bilməzsiniz. Ortopedik dabanlar sizi bu problemdən qurtara bilər.

 

“Vyetnamkalar”

 

“Vyetnamkalar”ın düz dabanlı olması ayağınızdakı qövs baxımından sağlam deyil. Yeriyərkən əzələni çox dartdığı üçün ayağınız yorula bilər. Həm də barmaqarası göbələyə də səbəb ola bilər. Bu cür ayaqqabıları ancaq çimərliklərdə geyinin.

 

Sivri uclu ayaqqabılar

 

Bu ayaqqabılar ayaq barmaqlarında qan dövranı problemlərinə səbəb olur. Ayaqların formasının dəyişməsi ayaq əzələlərində qan dövranını dayandırır və varikoza yol açır. Həm də dar ayaqqabılar sinirləri sıxdığı üçün xroniki ağrı sindromu yaşana bilər.

 

Platforma ayaqqabılar

 

Ayaqda deformasiya və lokomativ sistem pozuntusuna səbəb olur. Yeriyərkən ayaqlarınızı topuqdan barmaq ucuna doğru hərəkət etdirməlisiniz. Platforma ayaqqabı içində ayaq hərəkət etməz, əzələlər işləməz və bu da ayaq əzələlərinə çox yük düşməsinə səbəb olur.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017