Qəribə evlilik təklifi: qarnını kəsdi və... - FOTO

İndiyə kimi müxtəlif cür maraqlı, romantik, orijinal evlənmə təkliflərinə rast gəlmişik. Amma belə evlənmə təklifi yəqin ki, heç vaxt olmamışdı. Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Rusiyada bir klinikada baş verib. Oğlan həmin klinikada tibb bacısı işləyən sevgilisinə evlənmə təklif etmək üçün qeyri-adi və cəsarət tələb edən bir üsul seçib. Belə ki, o, qarnını kəsib üzüyü orada gizlətməsi üçün cərrahlardan birini razı sala bilib. Sonra isə tibb bacısından – sevgilisindən yardım istəyib. Telefonla çəkilən görüntülərdə tibb bacısı oğlanın qarnındakı bandajı açıb yaranın içindən üzüyü maqqaşla çəkir. Bunun nə olduğunu anlayanda isə sevincindən ağlamağa başlayır. Və bu qəribə evlənmə təklifinə başını yelləyərək "bəli" deyir. Üzüyü barmağına taxdıqdan sonra sevgilisinə sarılır. Şəkillər sosial şəbəkədə paylaşıldıqdan sonra çoxlu sayda şərhlər yazılıb. Çoxları bunun romantik evlənmə təklifi olmadığını bildirib. Bir nəfər isə "Sevdiyi qıza onu nə qədər sevdiyini və onunla evlənmək istədiyini göstərmək üçün özünü incidə biləcəyini sübut etdi” şərhini yazıb.

 

Ailem.az həmin fotoları təqdim edir. 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017