Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

Taylandın paytaxtı Banqkokda piylənmə həddinə çatan meymun ciddi pəhrizə oturdulub.

 

Aile.lent.az-ın guardian.com-a istinadən məlumatına görə, turistlərin atdığı yeməklər ucbatından kökələn meymun hazırda 26 kilodur. Bu isə normadan 3 dəfə çox çəki deməkdir. Meymun o qədər yeyib ki, böyümüş qarnı ucbatından hərəkət edə bilmir. Yerli sakinlər onu “gombul dayı” adlandırırlar.

 

Meymunun fotoları sosial şəbəkədə yayılandan sonra rəsmi dövlət qurumları onunla xüsusi maraqlanmağa başlayıblar. Taylandın Milli Parkları və Təbiəti Mühafizə Nazirliyi elan edib ki, heyvan arıqlayana qədər onu tərəvəz, meyvə və aşağı dərəcədə şəkər, yağ tərkibli qidalarla yemləyəcəklər. Sutka ərzində meymun 400 qramdan artıq yem qəbul etməyəcək. Bundan başqa, onu aktiv şəkildə hərəkətə məcbur edəcəklər.

 

Meymun arıqlamasa, onu ürək və şəkər xəstəliyi təhlükəsi gözləyir.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018