Dünyanın ən qəmgin iti: onun 2 gün vaxtı qaldı

Lana adlı it 2015-ci ildə “dünyanın ən qəmgin iti” olaraq sosial mediada yayılmış və bir ailə tərəfindən sahibləndirilmişdi.

 

Bunun kanadalı Lananın xoşbəxt sonluğu olacağı düşünülsə də, həmin ailə də şirin iti Ontariodaki sığınacağa geri qaytardı. İndi ona bir ailə tapılmasa, sevimli Lana yatızdırılacaq. Şirin it o qədər kədərli idi ki, gəzintiyə belə çıxmırdı. Sığınacaq işçiləri bildiriblər ki, Lana tipik bir it deyil. İnsanlar sevib, oynaya biləcəkləri bir it axtarırdılar, amma Lana özünü sevdirməyə meylli deyil.

 

Bundan başqa, onun güvən problemi də var. Sığınacaq işçiləri deyirlər ki, Lana onu ailəsinə qəbul edəcək insanların onu olduğu kimi sevməsini istəyirlər. İndi bu itin mayın 20-ə qədər vaxtı var. Həmin günə qədər kimsə ona sahib çıxsa, it bir evdə böyüyəcək. Alınmasa, Lana bu həyata gözlərini yumacaq.

 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017