Döşlərin dik qalması üçün 5 QAYDA

Qadınların ən böyük kabuslarından biri yaş irəlilədikcə döşlərin sallanması və əvvəlki formasını itirməsidir. Bunun qarşısını almaq üçün gündəlik həyatınıza əlavə edəcəyiniz bir sıra qayda ilə sinənizi daha gözəl və mükəmməl bir formaya sala bilərsiniz. Ailem.az onları təqdim edir.

 

Döşlərinizə buz kompresi edin

 

Bu fikir qulağa çox xoş gəlməyə bilər. Ancaq buzla kompres döşlərin dik qalmasına kömək edir. Əgər bunu etməyə çətinlik çəkirsinizsə, soyuq su ilə duş almağa çalışın.

 

Çiyinləriniz daim dik olmalıdır

 

Çiyinlərinizi daima düz saxlamağa çalışın. Bu, həm çiyin əzələləriniz, həm də sinənizin düz, döşlərinizin dik qalması üçün olduqca əhəmiyyətlidir.

 

Döşləri sıxan paltar geyinməyin

 

Dar büsthalter vaxt keçdikcə döşlərin formasının pozulmasına səbəb olur. Döşlərinizi görünüş olaraq möhkəm və seksual göstərən büsthalterlər sinə sağlamlığı baxımından çox zərərlidir. Bu tip geyimlər qan dövranını yavaşladır, müəyyən bir dövrdən sonra döşlərin sallanmasına səbəb olur.

 

İdman edin

 

Kəskin və sərt hərəkətlər döşlərə zərər verir. Daha çox aerobika və yumşaq hərəkətlərlə edilən idmanlara üstünlük verin. Ancaq idman edərkən və ya qaçarkən mütləq idman büsthalteri geyinin.

 

Günəşdən qorunun

 

Günəş kremi istifadə etmədən günəşə çıxmayın. Qoruyucu krem çəkmədən günəşə çıxmaq zamanla sinənizdə elastikliyin itməsinə səbəb olar. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017