Bir stəkan su ilə evdəki mənfi enerjini təsbit edin

Hansı mühitdə olmağımızdan asılı olmayaraq, həmin yerdən şübhəsiz müəyyən enerji alır və ya veririk. Duyğu və düşüncələrimiz eyni anda birləşib bir enerji axını meydana gətirir, həm də mühitdə olan mənfi enerjiləri də özünə çəkə bilir. Qonşular, qohumlar və ya dostlarımız bəzi vaxtlar mənfi enerji verərək sağlamlığımıza pis təsir edir. Mənfi enerji evə girdiyi zaman bir çox istiqamətdə sizə təsir edə bilər. Yorğunluq, baş ağrıları, ailə üzvləri və ya dostlarla münasibətdə bir çox neqativ hallar yaşanar. Evinizdə mənfi enerji hiss edirsiniz, lakin bunu heç cür təsbit edə bilmirsiniz? O halda Ailem.az-ın təqdim etdiyi bu üsulu tətbiq edin.

 

Bir stəkanının içinə üçdə biri qədər dəniz duzu tökün. Sonra stəkanı ağzına qədər su ilə doldurun. Stəkanı ən çox mənfi enerji hiss etdiyiniz otağın müəyyən yerində bir gün boyu saxlayın. Yalnız heç kimin stəkana toxunmamasından əmin olmalısınız. 1 gündən sonra stəkana baxdıqda qoyduğunuz kimidirsə, demək, həmin yerdə mənfi enerji yoxdur. Ancaq müəyyən ləkələr, ya da bulanıqlıq varsa, bu, mənfi enerjinin olması deməkdir. Bütün evdə bu üsuldan istifadə edərək mənfi enerjini təsbit edə bilərsiniz. 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018