Gənc Tamaşaçılar Teatrında ilin ilk yeni tamaşası

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk tamaşasının məşqlərinə başlanıb.

 

Teatrın mətbuat xidmətindən Aile.lent.az-a verilən məlumata görə, tamaşa əməkdar incəsənət xadimi Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanacaq. Yeni tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistentləri Tacəddin İmanov və Sona Mustafayevadır.

 

Tamaşada xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev və  başqaları iştirak edəcək.

 

Yeni tamaşa 31 mart azərbaycanlıların soyqırımı günündə nümayiş etdiriləcək.

 

 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017