Saçlarınızı südlə düzləşdirin - MASKA

Saçlarınızı düzləşdirib daha hamar etmək istəyirsinizsə, süddən istifadə edə bilərsiniz. Süd ilə hazırlayacağınız saç düzləşdirici maska həm saçlarınızı qidalandıracaq, həm də hamar və düz edəcək. Aile.lent.az saç düzləşdirici süd maskası ilə sizi tanış edir.

 

Vasitələr:

 

- Yarım stəkan süd

- Yarım stəkan su

- İki xörək qaşığı bal

- Yarım banan

- Daraq

- Sprey şüşəsi

- Falqa

 

Hazırlanması:

 

Bananla suyu qarışdırıb blendrda axıcı şəkil alana qədər qarışdırın. İçinə süd və balı əlavə edib yenidən qarışdırın. Əldə etdiyiniz maye qarışığı sprey şüşəsinə doldurun. Bu şüşə əvvəllər istifadə edib bitirdiyiniz maye saç kremi şüşəsi ola bilər. Sprey şüşəsinə əlavə etdiyiniz qarışığı saçlarınıza yaxın. Saç diblərindən uclarına qədər mayenin tam əmildiyinə əmin olun. Saç diblərini dairəvi hərəkətlərlə yaxşıca masaj edin ki, qarışım saç köklərinə hopsun.

 

Daha sonra daraqla saçınızı darayın, quru qaldığını təsbit etdiyiniz bölgələrə təkrar çəkin. Saçınız tamamilə maska ​​ilə örtüldükdən sonra falqa ilə saçlarınızı bükün. 25-30  dəqiqə maskanı başınızda saxlayın. Vaxt tamamlandıqdan sonra saçınızı hər zamankı şampunla yuyun, sonra orta isti hava ilə qurudun. Saçdüzləşdirici südlü maska ​​dalğalı saçları düzə çevirəcək. Əgər saçlarınız düzdürsə, daha hamar görünməsini təmin edəcək.

LENT

24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017