Murat Boz: "O öpüşün izi hələ də qalır..." - FOTO

Baş rolunu tanınmış türk müğənnisi Murat Bozun ifa etdiyi “Dönerse senindir” filmi Bakıda da nümayişə başlayıb. Türkiyədən sonra Bakıda – Nizami Kino Mərkəzində ekran işinin qala-gecəsi keçirilib. Aile.lent.az-ın məlumatına görə, təqdimat mərasimdə Murad Bozla yanaşı, filmin digər baş rol ifaçıları - aktrisalar İrem Sak və Yasemin Allen də iştirak edib.

 

Murat Bözun Nizami Kino Mərkəzinə gəlişi gözlənildiyi kimi, izdihamla qarşılanıb. Çoxsaylı fanatları ona yaxınlaşmaq üçün az qala yarışa giriblər. Mühafizəçilərlə əhatə olunan Murat Bozsa onlara yalnız səmimi gülüşü ilə cavab verib.

 

Filmin təqdimatından əvvəl jurnalistlərin qarşısına keçən müğənni hər kəsi salamlayıb. O, Bakıya ilk səfəri olmadığını və Azərbaycana hər gəlişindən şad olduğunu bildirib. Daha sonra “Dönerse senindir” filmini nümayiş olunub.

 

Ekran işinə rejissor Erol Özlevi quruluş verib. Ssenari müəllifləri Gizem Elçi və Oğulcan Türendir. Film romantik komediya janrındadır. “Dönerse senindir” üç gənc üzərində qurulan  məhəbbət macərasından bəhs edir. Mehmet (Murat Boz) uzun müddətdir birlikdə olduğu sevgilisi Selinə (Yasemin Allen) dəlilər kimi aşiqdir. Selin isə müğənni olma xəyalları quran və buna nail olan gənc, gözəl və çılğın bir xanımdır. Lakin o, məşhur olduqdan sonra Mehmetin ona verdiyi bütün dəstəyə baxmayaraq ayrılırlar. Mehmet bu ayrılıqla barışa bilmir, uzun müddət depressiya yaşayır. Lakin eyni taleyi yaşayan başqa bir gənc xanım Defne (İrem Sak) ilə qarşılaşır. Defne ona Selini yenidən qazanmaq üçün kömək edəcəyinə söz verir. Filmin kluminasiya nöqtəsi məhz bundan sonra başlayır.

 

Nümayişdən sonra yaradıcı heyətlə mətbuat konfransı keçirilib. Əvvəlcə Murat Boza azərbaycanlı fanatı çəkdiyi portreti verib. Müğənniyə digər hədiyyələr də verilib. Sonra aktyorlar jurnalistlərin suallarını cavablandırıblar. Murat Boz Türkiyədə film sektoruna girməsi barədə sualı cavablandırıb. Əlbəttə ki, suala özünəməxsus zarafatyana cavabla başlayıb: “Film sektoruna elə girmişəm ki, indi də çıxa bilmirəm. amma həqiqətə qaldıqda isə mən hər zaman bir film həvəskarı olmuşam. Filmlərə baxmağı çox sevirəm. Bir gün nə zamansa özümün də filmə çəkiləcəyimi bəlkə də xəyal edirdim. Bu istəyim reallaşdı. Filmə çəkilmək ona baxmaq qədər zövqlü və maraqlı işdir. Aktyorluq sadəcə mənim həvəsimdir. Bura gəlir yeri kimi baxmıram. Mənim əsas fəaliyyətim müğənnilikdir”.

 

Müğənni filmdəki öpüş səhnələrinə də aydınlıq gətirib. O, sevgilisinin buna necə reaksiya verdiyindən də danışıb: “Biz filmdə əlbəttə ki, həqiqətən öpüşmürdük. Bu, bir filmdir. Yasemin və İrəm mənim üzümdən öpürdülər. Hələ də onların öpüşünün izi qalır”.

 

 İrem Sak və Yasemin Allen isə çəkilişlər zamanı bir çox maraqlı hadisələrlə qarşılaşdıqlarını bildiriblər.

 

Xatırladaq ki, “Dönerse senindir” M. Bozun baş rol ifa etdiyi üçüncü filmdir. Bundan əvvəl o, “Hadi inşallah”, “Kardeşim benim” filmlərində çəkilib. 2014-cü il dekabrın 22-də isə  “Hadi inşallah” filminin qala gecəsinə qatılıb. Ondan əvvəlsə həmin ilin mart ayının 17-si və 18-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edib. 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017