Bakıda “Vikinq” başlayıb

Nizami Kino Mərkəzi “Qar Kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişinə başlayıb. Aile.lent.az-ın məlumatına görə, Rusiya istehsalı olan “Vikinq” filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib.

 

Orta əsrlər dövrünün əvvəli ağır qılınc və  qan qanunları zamanıdı. Hökmranlıq edən sülalə daxilində parçalanma var. Təsadüfdən ölən qardaşın günahı Böyük Knyazın boynuna qalır. Qanunlara əsasən, ondan intiqamı kiçik qardaş almalıdı.

 

Filmdə baş rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.

 

Rusiya istehsalı olan “Qar Kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir. Film macəra və ailəvi komediya janrında çəkilib. Bütün xoşagəlməz hadisələrə bulaşmaq artıq bu ailənin ana xəttidir. Qar və trollar kampaniyasında böyüyənlərdən nə gözləyəsən. Amma böyüdükdən sonra Kay və Gerda daha yüksək həddə qalxırlar – artıq onlar dünya çaplı fəlakətin səbəbkarı olacaqlar.

        

Baş rollara Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları çəkilib.

 

LENT

23 Yanvar 2017
21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017