İtlər haqda bunları bilmək vacibdir

İtlər dostcanlı varlıqlardır və dünyaya gəldikləri andan etibarən insanlara qarşı məhəbbət duyurlar. Yer üzünə bu cür dünyaya gələn tək canlılar itlərdir. Bəs bizi bu qədər çox sevən itlər haqqında hansı məlumatları bilirik? Aile.lent.az itlər haqqında bilməyiniz vacib olan məlumatlarla sizi tanış edir.

 

* Yeni aldığınız və ya sahibləndiyiniz bir itin sizi dərhal mənimsədiyinin fərqinə varırsınız. Onun sahibi olduğunuzu hiss etdikdə, hər yerdə sizin əşyalarınızla vaxt keçirəcək. Çünki sahibinin qoxusunu çoxdan mənimsəyib və bu qoxu onu rahatlandırır.

 

İtlər insanların yaxşı və sadiq dostlarıdır. İnsanlar da itlərdən müəyyən bir məqsəd üçün istifadə edə bilərlər.

 

*Qoxu alma duyğusu çox olan itlər ümumi olaraq k9 iti adlandırılır. K9 itləri polislərə köməkçi olur və onların məqsədləri üçün istiqamətləndirilirlər. Soyuq iqlimlərdə yaşayan itlər xizəklərə qoşularaq, insanları harasa aparmaq məqsədilə istifadə olunur. Bu cür itlər gündə 150 ​​km yol getmə bacarığına malikdirlər.

 

İtlərə qulluq haqqında 6 praktik məlumat

 

*İnsanlar qədər olmasa da, itlər də üşüyür. Tüklü olmaları onların üşüməmələri demək deyil. Xüsusilə xarici məkanda yaşayan itlərin şübhəsiz ki, it damı olmalıdır.

 

*İtlərinizin tüklərini darayın. Bu, həm onların xoşuna gələcək, həm də aranızda bağ yaradacaq.

 

*Metal qablar yerinə plastik qablar istifadə edin. Soyuq hava günlərində itin dili qaba yapışa bilər. İsti hava günlərində isə qab isinib itin dilinin yanmasına səbəb olar.

 

*İtinizə zaman ayırmağa çalışın. Gündə ən az 2 dəfə çölə çıxıb gəzməsini təmin edin. Üzərinə sahibi ilə əlaqə qurmaq üçün məlumatları və adını yazın.

 

*İtinizin sizə bağlı olmadığını düşünürsünüzsə, demək, ona kifayət qədər vaxt ayırmırsınız. Sizə daha çox bağlanmasını təmin etmək üçün ona çox vaxt ayırın.

LENT

17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017
12 Yanvar 2017
11 Yanvar 2017