Gündəlik ped istifadə edən xanımlar, OXUYUN

Müasir dövrdə artıq bütün xanımlar gündəlik pedlərdən istifadə edir. Lakin onun sağlamlığa zərərli olub-olmamasını çoxları düşünmür. Aile.lent.az gündəlik pedin zərərləri barədə mütəxəssislərin fikriləri ilə sizi tanış edir.

 

Mütəxəssislər ilk növbədə bildirirlər ki, hər gün gündəlik ped istifadə etmək vaginal bakterial infeksiyalara səbəb olur. Bu infeksiya genital çivzə problemləri və maya göbələkləri yaradır. Bunlar isə kifayət qədər narahatedici hallardır. Mütəxəssislər gündəlik pedlərin infeksiya yaratma səbəblərini bu cür sıralayırlar:

 

1. Gündəlik pedlərdə yapışqan lentlər var. Əvvəlcə bunu demək lazımdır ki, gündəlik pedlərin altındakı yapışqan bantlar plastikdən hazırlanır. Hamınızın bildiyi kimi, dəri bu maddəyə məruz qaldıqda nəfəs ala bilmir.

 

2. Gündəlik pedlərdəki nəmli mühit bakteriya yaranmasına səbəb olur. İndi siz düşünün, gün ərzində normal səviyyədə genital axıntı olur, axıntı gündəlik pedin üzərində qalır və bu müddətdə dərinizlə təmas halında olur. Bakteriyalar isə yaş və istiliyin yüksək olduğu bölgələrdə daha sürətlə artır. Nəticədə, bakteriyalar xarici dodaqlar və klitor kimi bölgələrdə böyüyür. Bu şərtlərin genital akne və ya qaşınma ilə nəticələnmək ehtimalı yüksəkdir.

 

3. Gündəlik pedlərin içərisində kimyəvi maddələr var.

 

“Super əmici” və ya “nəfəs alan” iddiası ilə təqdim edilən gündəlik pedlər də var. Bu xüsusiyyətlər, çox təəssüf ki, kimyəvi tərkib tələb edir. Kimyəvi maddələrin isə dəriyə necə təsir etdiyini təsəvvür etmək çətin deyil.

 

4. Günlük pedlərin əsl məqsədi nədir?

 

Əslində gündəlik pedlərin əsl məqsədləri unudulub. Mütəxəssislər gündəlik pedlərin istifadə qaydasını bu cür izah edilər: menstruasiya dövrünün bitməsinə yaxın qadının alt paltarının içərisinə yerləşdirilən, ağır axıntıların olduğu günlərdə istifadə edilir. Az miqdarda, ləkə halında olan menstrual mayeni əmməsi üçün hazırlanır.

 

Bəli, aydın olduğu kimi gündəlik pedlər hər gün istifadə üçün deyil, az miqdarda mesntruasiya axıntısının olduğu günlərdə istifadə üçündür.

 

Nə etmək lazımdır?

 

İstifadə etdiyiniz gündəlik pedlərin növü də problemə kömək ola bilər. Mütəxəssislər ən az 95-i pambıqdan hazırlanan gündəlik pedlər tövsiyə edirlər. Çünki pambıq əmicilər dərini daha az aşındırır və genital qaşınma ehtimalını azaldır.

 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017