Azərbaycan telekanalının rəhbərindən canlı yayımda evlilik təklifi - Video

Çağla Şikel və Alişanın "Hər şey dahil" verilişində maraqlı anlar yaşanıb. Verilişə qonaq kimi qatılan türkiyəli aparıcı Özge Uzuna canlı yayımda evlilik təklif olunub. Evlilik təklifi isə aparıcının keçmiş həyat yoldaşı, "CBC Sport" telekanalının baş direktoru Volkan Üst tərəfindən gəlib.

 

Aile.lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, verilişə gələn Volkan Üst hər gecə xanımına dinlətdiyi musiqini studiyada çaldırıb. Elə bu musiqi sədaları altında da Özgeye yenidən evlənmə təklif edib. Xeyli təəccüblənən aparıcı "hə" cavabı verib.

 

Qeyd edək ki, iki övladları olan cütlük 2015-ci ildə 10 illik evliliklərini bitirmişdilər. Keçən il isə sosial şəbəkədə paylaşdıqları şəkillə yenidən birlikdə olduqlarını elan etmişdilər.


 

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017