İkiyaşlı uşaq əkiz qardaşını belə xilas etdi - Video

ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşı tərəfindən xilas olunması səhnəsini lentə alıb.

 

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uşaqlar otaqda oynayarkən təsadüfən küncdə duran kamodu aşırıblar. Bu zaman uşaqlardan biri kamodun altında qalıb. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Bu an 2 yaşlı uşağın köməyinə əkiz qardaşı yetişir: o, özünü itirməyərək, əvvəlcə kamodu müxtəlif hissələrindən qaldırmağa çalışır, lakin bunu etməyə gücü çatmır. Daha sonra kamodu itələyərək, onu  kənara çəkməyə və beləliklə qardaşını xilas etməyə müvəffəq olur.

 

Video internetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb. 

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017