Sızanaqları yox edən güclü vasitə: "boltuşka"

Aile.lent.az saglamolun.az-a istinadən kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edir. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

 

Tərkibi:

 

- 5 həb levomesitin

- 3 həb aspirin

- 50 ml tibbi spirt

- 50 ml borat turşusunun spirtli məhlulu (2%) - спиртовый раствор борной кислоты 2%

 

Hazırlanması:

 

Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kiçik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.

 

Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara istifadə etmək olmaz.

 

LENT

24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017