Ağrıyan bölgəni 20 dəqiqə o suda saxlasanız... TƏBİİ MÜALİCƏ ÜSULLARI

Xüsusilə ayaq, bel-kürək bölgəsində müşahidə edilən əzələ ağrıları gündəlik həyatı çətinləşdirir və hərəkəti məhdudlaşdırır. Lakin ev şəraitində də əzələ ağrılarına və iltihaba yaxşı təsir edən təbii müalicə üsulları var. Ailem.az onları təqdim edir.

 

Buz torbası qoyun

 

Təsirlənən əzələ bölgəsinə buz torbası qoyun. Bu üsul ağrı və iltihabı azaltmağa kömək olacaq. Buzun verdiyi soyuqluq qan hüceyrələrinə təzyiq edərək, bölgənin qan axımını zəiflədir. Buz parçalarını nazik dəsmalın arasına qoyun. 5 dəqiqə təsirlənən bölgənin üzərində saxlayın. Bu müalicəni ilk 24 saat hər saat başı təkrar edin. Buz parçaları ilə yanaşı dondurulmuş tərəvəzlər də işə yarayar.

 

İsti suda saxlayın

 

Əzələdəki ilk ağrıdan 24 saat keçdikdən sonra isti su ilə müalicə sizi rahatladacaq. İsti su ağrını azaldaraq qan dövranını artırır və yaxşılaşma müddətini sürətləndirir. Bunun üçün bir qabı isti suyla doldurun və bir stəkan iri duzu suya əlavə edib qarışdırın. Bu duz növündəki maqnezium əzələlərin rahatlamasını təmin edəcək. Bədəninizdə ağrıyan bölgəni ən az 20 dəqiqə bu suda saxlayın. İki gündən bir təkrarlayın.

 

Gilənar yeyin  

 

2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, gilənar bir çox antioksidant və iltihabın qarşısını alan birləşmələr ehtiva edir. Bu da əzələ ağrılarını azaldır və  iltihablanmağa imkan vermir. Əzələ ağrılarından qorunmaq üçün hər dəfə məşqdən sonra yarım stəkan gilənar yeyin. Şəkərsiz gilənar suyu da içə bilərsiniz.

 

Zərdəçal yeyin

 

Zərdəçal (sarıkök) həm yaxşı ağrıkəsici, həm də iltihabın qarşısını alan güclü bir bitkidir. 1 stəkan südlə 1 çay qaşığı zərdəçal tozunu qarışdırın. Zəif odda isidin və gündə iki dəfə yavaş-yavaş için. Bərabər miqdarda rəndələnilmiş limon və zərdəçalı duzla qarışdıraraq sıyıq hazırlayın. Ağrıyan əzələlərə tətbiq edin. 30 dəqiqəyə qədər saxladıqdan sonra ilıq su ilə durulayın. Ağrı gedənə qədər bu müalicəni gündə iki dəfə edin.

 

Zəncəfil çayı için

 

Zəncəfil iltihabın qarşısını alan təbii bitkidir. Qan axımını və dövranını nizamlayır. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, hər gün xam və ya işlənmiş zəncəfil qəbul etmək əzələ ağrılarını azaltmağa kömək olur. Bunun üçün gündəlik 3 stəkan zəncəfil çayı içə bilərsiniz. Zəncəfil kökündən kiçik bir parça kəsin və iki stəkan suda 10 dəqiqə qaynadın. Süzdükdən sonra bir az bal əlavə edin.

 

Alma sirkəli suda saxlayın

 

Alma sirkəsi əzələ ağrıları üçün möcüzəvi bir müalicə üsuludur. İltihab və ağrının qarşısını alır. İlıq suya iki stəkan alma sirkəsi əlavə edin. Ağrıyan bölgəni 15-20 dəqiqə bu suda saxlayın. Tamamilə yaxşılaşana qədər bir neçə gün tətbiq edin. Digər variant da var. Bir stəkan suya 1 qaşıq alma sirkəsi və bir az bal əlavə edin. Bir həftə boyu hər gün için.

 

Qırmızı bibər istifadə edin

 

Qırmızı bibərin ağrıkəsici və iltihab əleyhinə xüsusiyyəti var. Eyni zamanda əzələ ağrısı və sərtliyini azaldır. 2 yemək qaşığı zeytun yağı ilə 1 qaşıq qırmızı bibəri qarışdırın. Bu qarışığı ağrıyan bölgəyə tətbiq etdikdən sonra sarıyın və gecə boyu saxlayın. 2 və ya 3 gün bunu təkrarlayın. Digər üsul da mövcuddur. Yarım stəkan Hindistan qozu yağı ilə 5 çay qaşığı qırmızı bibəri qarışdırıb isidin. 24 saat saxladıqdan sonra yağı süzün və qalan hissəni bir qabda saxlayın. Bu qarışımı ağrıyan bölgəyə gündə 2-3 dəfə masaj edərək çəkin. Yaxşılaşmağı sürətləndirmək üçün yeməklərinizə qırmızı bibər əlavə edə bilərsiniz.

 

Bibəriyə sürtün

 

Həm təzə, həm də quru bibəriyə yarpaqları ağrını dərhal azaldan təsirə malikdir. 85 qram quru bibəriyə yarpaqlarını 8 stəkan suda qaynadın. 20 dəqiqə dəmlənməsi üçün saxlayın. Ağrıyan bölgəni 15 dəqiqə bu qarışımda saxlayın. Üç gün ərzində gündə 2-3 dəfə çəkin.

 

Xardal yağı ilə masaj edin

 

Xardal yağı qan axımını artırır və əzələləri genişləndirir. Eyni zamanda ağrını azaltdığı kimi yaxşılaşma müddətinə də kömək olar. 10 diş sarımsaq doğrayın. Sarımsaqları 4 qaşıq xardal yağında qəhvə rəngi alana qədər isidin. Soyumasını gözləyin və süzün. Qarışımla təsirlənən bölgəni masaj edin. Bir neçə gün ərzində bu müalicəni təkrarlayın.

 

Banan yeyin

 

Banan onurğa və əzələ ağrıları üçün yaxşı müalicə üsuludur. Kalium baxımından zəngin meyvədir. Kalium çatışmazlığı əzələ zəifliyi, yorğunluq və qıc olmaya səbəb olur.  

Ağrılı əzələləri müalicə etmək üçün hər gün banan yeyin. İstəsəniz, bananı mikserdən keçirərək sıyığını içə bilərsiniz. Hər iki üsul bədəninizə kalium və kalsium qazandıracaq.

 

Ağrıkəsici istifadə etmək əvəzinə yuxarıda sadaladığımız müalicələri tətbiq edə bilərsiniz. Əgər əzələ ağrılarınız uzun müddət davam edərsə, həkimə müraciət edin. 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017