Üzünüzdəki qara nöqtədən birdəfəlik qurtulun - MASKA

Qara nöqtələr hər bir xanımın kabusudur. Yağlı dərisi olanlar başda olmaqla hər kəs qara nöqtənin kökündən həll yolunu axtarır. Yetərincə yaxşı təmizlənməyən və daha yağlı olan dərilərdə yaranan qara nöqtələrin səbəbi yağ məsamələrinin açıq olmasıdır. Yəni əgər məsamə hava ilə təmas edirsə, oksigenlə reaksiyaya girirsə, qara nöqtə yaranır.

 

 

Dəriniz yağlıdırsa, qara nöqtənin nə qədər sıxıntı yaratdığını yaxşı bilmiş olarsınız. Burun, yanaq və alın bölgəsi başda olmaqla dəri səthində yaranan qara nöqtələr pis görünüş yaratmaqla yanaşı, sağlamlıq baxımından da problemlər yaşadır.

 

 

Qara nöqtələrin zərəri nədir?

 

Hər şeydən əvvəl çox pis bir görünüş yaradır və dərinin sağlam olmadığına işarədir. Qara nöqtənin çox olduğu hissələrdə sızanaqlar da çox olur. Qara nöqtələrə səbəb olan yağ məsamələri bakteriyaların toplanmasına səbəb olur ki, bu bakteriyalar da sızanaqlar yaradır. Dəri yaxşı təmizlənmədiyində də qara nöqtələr peyda olur.

 

Menstruasiya, yeniyetməlik, stress, qidalanma pozuntusu yaşanan dövrlərdə qara nöqtələr daha sıx görülür.

Aile.lent.az qara nöqtə probleminə qarşı 4 maska təqdim edir.

 

 

Gil maskası

 

Gil maskasının ən mühüm özəlliyi odur ki, gil dərinin yağ balansını tənzimləyir. Çox yağlı dərisi olanlar üçün məsləhətdir. Yaşıl, ağ, ya fərqi yoxdur. Hansı gildən istifadə edirsinizsə edin, müntəzəm istifadəsi işə yarayacaq.

 

 

Gilin içinə yavaş-yavaş su əlavə edib qarışdırın. Daha sonra alınan qarışımı göz və dodaq ətrafı istisna olmaqla üzə çəkin. 10 dəqiqə sonra yuyun. Maskanı yuduqdan sonra nəmləndirici çəkin. Bu maska həftədə ən az iki dəfə edilməlidir.

Dərinizdə nə qədər çox qalarsa, dərinizi o qədər çox qurudacaq. Buna görə maskanın çox qurumasını gözləmədən yuyun.  

Gil yağı əmir və yağ dəridə qara nöqtə yaratsa da, bütün hallarda dərinin müəyyən qədər yağa ehtiyacı var. Buna görə maskadan sonra nəmləndirici mütləq vurun.

 

Yumurta ağı maskası

 

Yumurta ağının iki mühüm təsiri var. Bunlardan ilki məsamələri təmizləyib qara nöqtələrdən qurtulmamızı təmin edir, ikincisi isə dərini sıxlaşdıraraq gələcəkdə yenidən qara nöqtə yaranmasının qarşısını alır.

 

Yumurtanın ağını sarısından ayırıb çəngəllə çalın və üzünüzə çəkin. 10-15 dəqiqə sonra yuyub nəmləndirici vurun. Əgər dəriniz çox yağlı deyilsə, gil maskası yerinə yumurta ağı maskası istifadə edin.

 

3 dəfə tətbiq etdikdən sonra dərinin daha yumşaq və canlı göründüyünün fərqinə varacaqsınız.

 

 

Yulaf və qatıq maskası

 

Qara nöqtələr üçün çox istifadə edilən bir maskadır. Qatığın içində olan laktik turşu dəridəki yağı tənzimləyir, yulaf isə məsamələri təmizləyir.

 

Qatıq

 

Toz halına gətirilmiş yulaf

 

Limon suyu - ½ çay qaşığı

 

Zeytun yağı - ½ çay qaşığı

 

Bunları qarışdırıb maska şəklində üzünüzə çəkin və 10-15 dəqiqə sonra yuyun.

 

 

Darçınlı maska

 

 

Bir çay qaşığı darçın, limon suyu və bir çimdik zəncəfil tozunu qarışdırıb üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Ya da bir çay qaşığı darçını balla qarışdırın və yatmadan əvvəl qara nöqtə olan bölgəyə sürtüb bir gecə saxlayın. Səhər oyananda üzünüzü bol su ilə yaxşıca yuyun. 10 gün boyunca hər gün təkrarlayın.

 

 

Bundan başqa, qara nöqtə problemi yaşamayasınız deyə üzünüzü yuyarkən sabun istifadə etmək yerinə 100% gülsuyu ilə yuyun.

 

Az makiyaj edin.

 

Günün sonunda makiyajı mütləq təmizləyin.

 

Dəsmalınız ayrı olsun.

 

Bol buxarlı duşlar qəbul edin. 

 

LENT

17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017
12 Yanvar 2017
11 Yanvar 2017