Yuxusuzluqdan əziyyət çəkənlərə 8 TÖVSİYƏ

Statistik məlumatlar göstərir ki, dünyada təxminən hər 5-ci insan bu və ya digər yuxu pozulmalarından əziyyət çəkir. Mütəxəssislər bunu çox ciddi problem hesab edir. Yuxu pozulmaları insan sağlamlığına mənfi təsir edir. Xüsusilə yuxusuzluq ürək və beyinə ciddi ziyan vurur.

Həmçinin yuxusuzluq orqanizmdə qocalma proseslərini sürətləndirir, mübadilə proseslərini pozur və nəticədə kökəlmək riski artır, immun sisteminin zəifləməsinə səbəb olur, xərçəng xəstəliklərinin riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı gecə növbəsində işləməyi kanserogen (xərçəngin riskini artıran) faktorların siyahısına daxil edib.

Beləliklə, tamdəyərli gecə yuxusu sağlamlığın əsas təməllərindən biridir.

 

Aile.lent.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər yuxu pozulmalarından əziyyət çəkənlərə bu kimi tövsiyələr verir:

 

1. Yatmazdan əvvəl mütləq 30-40 dəqiqə açıq havada gəzin. Bu, yuxuya getməyə kömək edəcək.

 

2. Qaranlıqda yatın. Gecə lampası, pəncərədən düşən işıq və s. yuxunun keyfiyyətinə mənfi təsir edir.

 

3. Yatmazdan əvvəl çay, qəhvə, koka-kola və s. bu kimi kofeinlə zəngin olan içkiləri qəbul etməyin.

 

4. Çobanyastığı, nanə, pişikotu, melissa kimi otların dəmləmələri yuxu problemləri olanlara yaxşı kömək edir.

 

5. Yatmazdan əvvəl kompüterdə işləməyin, telefon, planşet və s. kimi qacetlərdən uzun müddət ərzində istifadə etməyin.

 

6. Yuxu hormonu olan "melatonin" triptofan adlı aminturşusundan sintez olunur. Triptofan hind quşu, toyuq, banan, pendir, qoz kimi məhsullarda çoxdur.

 

7. Yatmazdan əvvəl kitab oxumaq da yuxuya getməyə kömək edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, kitab həyəcanlı səhnələr, sirlər və s. ilə zəngin olmamalıdır.

 

8. Yuxuya gedə bilmirsinizsə, yataqdan durun və hər hansı yüngül işlə məşğul olun. Bu, yuxuya getməyə kömək edəcək.

 

LENT

23 Yanvar 2017
21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017