8 addımda Yeni il makiyajı - FOTO

Yeni il üçün paltarlarınız hazırdır. Bəs geyiminizə uyğun makiyaj nəzərdə tutmusunuz? Yeni il yeni ümidlər, yeni qərarlar və yeni imic deməkdir. Həmin gecəyə hazırlaşarkən həm zərif, həm də gözəl görünüş yaratmaq əhəmiyyətlidir. Aile.lent.az 23 ildir kino və televiziya sahəsində çalışan türkiyəli professional makiyaj mütəxəssisi Özlem Şamiloğlunun makiyajın incəliklərini təqdim edir.

 

Budur, 8 addımda yeni il makiyajı ...

 

1-ci addım

 

Bir gecə əvvəldən gözlərin şişliyini aradan qaldırmaq üçün yaşıl çay ilə kompres edilir. Dartan effektli maska ​​tətbiq edərək dəri istirahət etdirilir. Səhəri axşamdan buz qablarına qoyulan soda ilə dəri masaj olunur. Nəmləndirici çəkəndən sonra dəri makiyaja hazırlanır.

 

2-ci addım

 

Dəriyə uyğun tonal krem ​​əl və boyun arasındakı fərqi nəzərə alaraq seçilir. Berj tonlar istifadə olunur. Yanaq, burun və alın hissəsinə tonal krem 2-3 ton tətbiq edilir. Almacıq sümüyü, burnun üstü və dodaq üstünə “highlighter” tətbiq edilərək, dərinin rəngi açılır. Yanaqlara şaftalı tonlarında ənlik vurulur.

 

3-cü addım

 

Qaşlar uyğun tonda qaş kölgəsi ilə vurğulanır.

 

4-cü addım

 

Gözlər üçün qəhvəyi və yaşıl tonlar istifadə edilir. Göz layneri bir az qalın çəkilir, gözaltları vurğulanır.

 

5-ci addım

 

Yeni il üçün makiyajın vacib hissəsi təbii ki, taxma kirpikdir. 

 

6-cı addım

 

Daha dolğun baxışlar əldə etmək üçün gözlərə yumşaq işıltılar əlavə edilir və göz makiyajı bitir.

 

7- ci addım

 

Yeni il olduğu üçün qırmızı pomada seçilir. Amma göz makiyajı tünd olduğu üçün nude tonları da istifadə edilə bilər.

 

8-ci addım

 

Makiyajın sabit qalması üçün fiksedici sprey istifadə edilir. Artıq makiyajınız hazırdır. 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017