Saçınız qırılırsa, bunlara əməl edin - 4 QAYDA

Saç ucları saç telini qoruyan təbəqənin nəmsiz qalması və korlanması nəticəsində incələrək qırılmasıdır. Saç teli bir dəfə qırıldıqdan sonra yenidən əvvəlki halına qayıtması mümkün deyil. Amma düzgün qulluq edərək saç qırılmasının həcmini azalda bilərsiniz. Aile.lent.az saç qırılmasının qarşısını almaq üçün bəzi yollar təqdim edir.

Saç qırılmalarının qarşısını almaq üçün əvvəlcə saçların canlı olması və daim nəmləndirilməsinə diqqət etməlisiniz.

 

E, B, A və C  vitaminləri qəbul edin 

 

Saçların qırılması qidalarla və qəbul edilən vitaminlərlə sıx bağlıdır. Hər vitamin saçlara müəyyən qədər fayda verir. Ancaq xüsusilə E, B, A və C vitaminləri saçlar üzərində təsirlidir. 

 

Yemək-içməyinizə diqqət edin

 

Fol turşusu saç tellərinin qalınlaşmasına yardımçı olur. Qırmızı qan hüceyrəsinin yaranmasına yardımçı olan fol turşusu ən çox portağal və yarpaqlı yaşıl tərəvəzlərdə olur. Yediyiniz qidalara diqqət etsəniz, saçlarınızdakı qırılmalardan qurtula bilərsiniz.

 

Zeytun yağı sürtün

 

Saçınızı uzunluğuna görə hamısına yetəcək qədər təbii zeytun yağı sürtün və dibindən ucuna qədər yedirin. Yarım saat gözlədikdən sonra yuyun. Zeytun yağının nəmləndirici təsiri ilə saçlarınız ehtiyacı olan nəmi qazanacaq. 

LENT

26 Fevral 2017
25 Fevral 2017
24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017