Saçlarınızı yuyandan sonra daramayın, yoxsa...

Saçlarınıza lazım olan diqqəti göstərirsiniz. Buna baxmayaraq, saçlarınız kifayət qədər sağlam görünmür, saç tökülmələri və qırılmalarının qarşısını ala bilmirsiniz? Buna sizin pis vərdişləriniz səbəb ola bilər. Aile.lent.az saçlarınızın sağlam olmasına mane olan bəzi vərdişləri sadalayır.  

 

Qeyri-sağlam qidalanma

 

Yediklərinizin dəri və saç sağlamlığına birbaşa təsiri var. Sağlam saçlara sahib olmaq üçün xüsusilə zülal, E vitamini, sink və dəmir ehtiva edən təbii yeməklər yeməlisiniz. Eyni zamanda, hazır yeməklərdən və ciddi pəhrizlərdən uzaq durun.

 

Saçları çox möhkəm bağlamaq

 

Saçların zəif, parıltısız və qeyri-sağlam olmasının səbəblərindən biri də çox möhkəm bağlamaqdır. Çox möhkəm bağlamaq saç folekullarını gərir. Bu isə qırılmalara və hətta saç itkisinə səbəb olur. Vaxt keçdikcə folekullar zəifləyərək, keçəlliyə qədər gətirib çıxara bilər.

 

Saçları nəm daramaq

 

Çox insan bunun saça nə qədər zərər verdiyini bilmir və saçları duşdan sonra islaq olarkən darayır. Ancaq unutmayın ki, saç telləri nəm halda daha kövrəkdir. Ən yaxşısı saçları duşdan əvvəl daramaqdır. Yuduqdan sonra yumşaq bir dəsmalla qurulayın və daramazdan əvvəl bir az qurumasını gözləyin.

 

Tez-tez yumaq

 

Saçları çox şampunlamaq saç dərisindəki təbii nəmin itməsinə, saçın quruyub qırılmasına səbəb olur. Saçları hər gün yumaqdansa həftədə 2-3 dəfə yuyun.

 

Saça forma verən alətlər

 

Qadınların çoxu saçlarını evdə özü formaya salır. Lakin saçlara istilik verən hər hansı bir alət saçlarda ciddi zədələnmələrə səbəb olur. Buna görə də forma verən alətlərdən istifadəni azaldın, saç qurutma fenini aşağı dərəcədə işlədin.

LENT

28 İyul 2017
27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017