Dünyanın ən yaşlı erkək pandası öldü - Video

Çinin Siçuan qəsəbəsində dünyanın ən yaşlı erkək pandası ölüb. “Pan-Pan” ləqəbli pandanın 31 yaşı olub.

 

Heyvan pandaların müdafiə və araşdırma mərkəzində saxlanırdı. 2015-ci ilin sentyabrında panda öz 30 illiyində zoobağın əməkdaşlarından buz heykəlini xatırladan tort hədiyyə alıb. Həmin tortu da kök rəngində rəngləyiblər. “Pan-Pan” 130 dəfə ata olub. Bu ilin oktyabrında isə Honq-Konqda dünyanın ən yaşlı dişi pandası 38 yaşında ölmüşdü. “Tzya- Tzya” ləqəbli panda bütün dünyada məşhur idi.

 

Hazırda dünyada ən yaşlı panda 36 yaşlı “Basa” ləqəbli pandadır. Bir qayda olaraq, pandalar 30 ilə qədər yaşayırlar. (musavat.com)

 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017