Hamilə qalmaq istəyirsinizsə, bunlara əməl edin

Bir çox cütlüklər heç bir problemləri olmasa da, uşaq sahibi ola bilmirlər. Mütəxəssislər bildirir ki, bəzi məqamlar qadınların hamilə qalmağına mane olur. Aile.lent.az övlad arzulayan cütlüklərə həkim məsləhətlərini təqdim edir.

 

- Cütlüklərdən biri siqaret çəkirsə, mütləq tərgitməlidir. Aparılan bütün tədqiqatlarda siqaretin spermaları öldürdüyü və yumurta keyfiyyətini azaltdığı təsbit edilib.

 

- Narahatlıq və stressdən uzaq durun. Stress hormonlara təsir edir və hamiləliyə mane olur. Siz yeganə olaraq stressdən uzaq hamiləliyə diqqət edin.

 

- Hamiləliyi planlamağı gecikdirməyin. Xüsusilə qadınların 35 yaşından sonra yumurta ehtiyatları azalır. Oxşar formada kişilərdə 45 yaşından sonra sperma sayı azalır. Hamiləlik üçün keyfiyyətli sperma və keyfiyyətli yumurta lazımdır. Son illərdə sperma və yumurta keyfiyyətini artırmaq üçün fol turşusu qəbul etmək tövsiyə edilir. “Hamiləlik yalnız qadından asılır. Buna görə də yalnız qadına fol turşusu verilməlidir” fikri tamamilə səhvdir. Hamiləliyi planlaşdıran qadınlar kimi, kişilər də fol turşusu istifadə etməlidirlər.

 

- Doğru zamanda cinsi əlaqə: Menstruasiyanın ilk günündən etibarən sayılaraq, 10 və 15-ci günləri arasında hər gün cinsi əlaqədə olmaq hamiləlik şansını artırır.

 

- Qan azlığı, B12 və D vitamini çatışmazlığının qarşısını alın.

 

- Gündə 7 stəkandan çox qəhvə və ya çay içməyin.

 

- Artıq çəkidən azad olun. Artıq çəkinin 10 faizindən qurtulmaq yumurta ehtiyatını 5 qat artırır.

 

- Bitki mənşəli müalicə üsullarından uzaq durun.

 

Bir il nizamlı cinsi əlaqəyə baxmayaraq, hamilə qala bilmirsinizsə, mütləq həkimə müraciət edin. 

LENT

27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017