London küçələrini gəzən tülkülər...

İngiltərənin paytaxtı Londonda 10 min tülkü yaşayır. 

 

Aile.lent.az musavat.com-a istinadən xəbər verir ki, bu, ölkədəki bütün tülkülərin üçdə bir hissəsidir. Bu heyvanları şəhərin mərkəzində görmək isə artıq adi hala çevrilib. Tülkülər ən çox Yeni il bayramı ərəfəsində şəhər mərkəzində görürlər, çünki bu vaxt kəsiyində zibilliyə atılan yemək qalıqlarının qoxusu tülküləri cəlb edir. Ancaq türkülər üçün bir problem də var. Belə ki, onları burada tülkü ovçuları gözləyir. 

 

Təxminən 30 ildir tülkü ovlayan Keigtley adlı şəxs əsasən Yeni il bayramında tülkü vurmağa ehtiyac olduğunu bildirib.

Tülkü ovçusu bayram günlərində tülkü ovundan 410-470 avro arası pul qazandığını deyib və bir tülkünü 58-82 avro arası qiymətə vurduğunu bildirib. 

 

O qeyd edib ki, Londonda tülkü ovlamaq qanunla qadağan olunmayıb və onu tülkünün əməllərindən zərər çəkən yerli sakinlər özləri çağırır. 

LENT

27 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017